Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


24.05.2020  13:17 

FHN Bakıda xilasetmə əməliyyatları həyata keçirib





A+  A-

Ötən günün günün ikinci yarısından başlayaraq, Bakı şəhəri ərazisində əsən güclü küləyin yaratdığı fəsadlarla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə müxtəlif müraciətlər daxil olub.
FHN-dən XəzərNews.az-a bildirilib ki, müraciətlərə əsasən, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasedici qrupları Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) mütəxəssislərinin iştirakı ilə müxtəlif səpkili xilasetmə və təhlükəsizlik əməliyyatları həyata keçiriblər.

Belə ki, paytaxtın Səbail, Sabunçu və Nərimanov rayonlarında müxtəlif ünvanlarda binaların və digər təyinatlı tikililərin dam örtüyünün dəmir konstruksiyalarının qopması nəticəsində bina sakinlərinin və yaxınlıqdan keçən vətəndaşların həyatı üçün təhlükə yaranıb.

Çağırış ünvanına cəlb olunan xilasedicilər, TTNDA-nin mütəxəssislərinin rəy və təkliflərini nəzərə alaraq, ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.



Xəbər 1872 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +