Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


23.05.2020  16:12 

Bayram namazı ilə bağlı AÇIQLAMA





A+  A-

Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək.
XəzərNews.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə bildirilib ki, bu il ölkəmizdə karantin rejiminin müddətinə dair Azərbaycan hökumətinin verdiyi qərara əsasən bayram namazı məscidlərdə qılınmayacaq:

“Ramazan ayına dair QMİ Qazılar Şurasının fətvasında fitrə zəkatına dair tövsiyələr əksini tapıb. Bir daha xatırladırıq ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Bu günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxararaq imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Fətvada qeyd olunan bütün müddəalar Ramazan ayının sonuna kimi qüvvədədir”.

Qeyd edək ki, aprelin 20-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurasının Ramazan ayının başlanması ilə bağlı fətvasında deyilirdi ki, xüsusi karantin dövrünün tələblərinə uyğun olaraq məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılması barədə zəruri qərar verilib.

Xəbər 1849 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +