“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


03.02.2025  14:12 

2024-cü il üzrə ən fəal İctimai Şura hansıdır?





A+  A-

2024-cü il üzrə ən fəal İctimai Şura hansıdır? – Onlayn Sorğunun nəticələri acılanıb. Sorğuya 19 mərkəzi İcra hakimiyyəti orqanı yanında fəaliyyət göstərən ictimai şurların adı daxil edilib. Ümumilikdə sorğuda 742 nəfər iştirak etmişdir.

XəzərNews.az xəbər verir ki, bu barədə "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri və ictimaishura.az platformasın rəhbəri Cəsarət Hüseynzadə məlumat verib.

“Nəticələrə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura 47,8% səslə (355 səs) sorğuda birinci yeri tutmuşdur. Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura 17,3% ilə (128 səs) ikinci, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura isə 13,7% ilə (102 səs) üçüncü olmuşdur. Digər İctimai Şuralar ümumilikdə 21,2% səs toplamışdır.”

Qeyd edək ki, sorğu "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi və ictimaishura.az platformasının təşəbbüsü ilə hər il ictimaishura.az veb-saytında açıq şəkildə keçirilir. Bu təşəbbüs çərçivəsində il boyu ictimai iştirakçılıq ilə bağlı digər meyarlar əsasında da qiymətləndirmə aparılır.

Sorğunun nəticələri haqqında ətraflı məlumat: https://ictimaishura.az/surveys/az


Xəbər 3619 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +