Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


26.12.2017  09:28 

Nazir həbs olunan rəisi işdən qovubmuş





A+  A-

Daxili İşlər nazirliyinin mətbuat xidməti Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunda rəis, polis pokovniki Fərhad Məmmədxanovun həbsi ilə bağlı açıqlama yayıb.
Nazirlikdən XəzərNews.az-a daxil olan xəbərdə bildirilir ki, xəbərdə adıçəkilən şəxs hazırda daxili işlər orqanlarının əməkdaşı deyil: “Həmin xəbərdə “polis polkovniki” kimi təqdim edilən Fərhad Məmmədxanovun daxili işlər orqanlarında xidmət etdiyi müddətdə son rütbəsi polis polkovnik-leytenantı olub. Həmin şəxs təxminən 6 ay əvvəl - bu il iyunun 16-da barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən, cənab nazirin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub”.

Xatırladaq ki, məlumata görə, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib. Fərhad Məmmədxanlı işə düzəltmək adı ilə 800 min manat mənimsəməkdə, bundan başqa mağazadan “Vertu” markalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınmaqda ittiham olunur. Onun barəsəində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər 1480 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +