Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


18.05.2017  09:58 

Susananı ölüm həddinə çatdıran əri tanınmış şairənin oğludur





A+  A-

Bakıda bir neçə gün əvvəl özünü ataraq intihar edən Susana Şərifovanın qeyri-rəsmi yaşadığı əri ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.
Məlumata görə, Susananın ölümü ilə bağlı həbs olunan əri Baxşiyev Əbülfəs tanınmış ailənin övladıdır. Belə ki, anası Simuzər Nüsrətbəyli (Baxşıyeva) şair-publisistdir. O, AYB-nin üzvü olmaqla yanaşı, 10 kitabın müəllifidir. Eyni zamanda, "Ədəbiyyat qəzeti" nin əməkdaşıdır.

Əbülfəs şairənin yeganə oğludur. Həm Susana, həm də əri əslən Lənkərandandır.

Qeyd edək ki, Susana azyaşlı uşaqları və həyat yoldaşı evdə olarkən özünü pəncərədən atıb. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla Baxşiyev Əbülfəs Yusuf oğlunun 2009-cu ildən etibarən rəsmi nikahları qeydə alınmasa da faktiki ər-arvad kimi birlikdə yaşadığı və maddi cəhətdən asılı olmuş Susana Şərifovanı dəfələrlə döyüb işgəncə verməsində, habelə amansız rəftar etməklə və ləyaqətini mütəmadi olaraq alçaltmaqla onu özünü öldürmə həddinə çatdırmasında əsaslı şübhələr olduğundan Ə.Baxşıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilib.

(qafqazinfo.az)

Xəbər 1381 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +