Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


22.07.2024  17:02 

Bakıya nəvəsini görməyə gələn baba “Poz-Qazan”dan 500 000 manat uddu -VİDEO





A+  A-

"Azərlotereya”nın "Poz-Qazan” tarixində ən böyük uduş olan "Prestij” lotereyasında ilk 500 000 manat qazanılıb.

Xəzərnews.az xəbər verir ki, uğurlu bilet Ordubad sakini Hüseyn Bünyatova nəsib olub. 66 yaşlı Hüseyn dayı Bakıya yeni doğulmuş nəvəsini görməyə gələrkən Bakıxanov qəsəbəsində yerləşən marketlərin birindən aldığı "Prestij” lotereyasında ən böyük uduş – 500 000 manata sahib olub.

Sevincindən ağladığını deyən Hüseyn dayı qazandığı məbləğlə uzun illər kirayədə yaşayan oğluna və qızına ev alacağını, bir hissəsini isə Qarabağ Dirçəliş Fonduna ianə edəcəyini bildirib.

Əli düşərli satıcı Elçin Mehdiyev də belə gözəl bir hadisəyə vəsilə olduğu üçün məmnunluğunu qeyd edib. Qalib qədər sevincli olan Elçin bəy bunun böyük bir şans olduğunu vurğulayıb.

Qiyməti 10 manat olan "Prestij”də ikinci ən böyük uduş – yarım milyon manat sahibini gözləyir.

"Azərlotereya”nın digər "Poz-Qazan” biletlərində də 200 000, 100 000, 75 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar şanslı qaliblərini axtarır.

Biletləri "Azərlotereya” və "Misli” satış nöqtələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin "Wolt”dan sifariş vermək mümkündür.



Xəbər 4322 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +