İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


13.11.2018  17:25 

Orxan Sadıqlı cəzalandı, “Qarabağ” cərimə edildi





A+  A-

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, İK Azərbaycan Premyer Liqanın 11-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Azərbaycan Premyer Liqasının XI turunun “Neftçi” – “Zirə” matçında “Neftçi” klubunun 4, “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Zirə” klubunun məşqiçisi Vəfadar Quliyev texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XI turunun “Sumqayıt” – “Keşlə” matçının 67-ci dəqiqəsində “Sumqayıt” klubunun qapıçısı Orxan Sadıqlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XI turunun “Qəbələ” – “Qarabağ” matçının 47-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

“Qarabağ” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılmışdır. Qəbələ klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Qarabağ” klubu tərəfindən ödənilsin.

Xəbər 1442 dəfə oxunub.



10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +