Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


12.11.2020  17:45 

Şenol Güneş və futbolçuları karantinə alındı





A+  A-

Ötən gün Türkiyə-Xorvatiya qarşılaşmasında çıxış edən xorvat müdafiəçi Domaqoy Vidada koronavirus testinin pozitiv çıxmasından sonra Türkiyə Futbol yığmasının bəzi üzvləri karantinə alınıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Bildirilir ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Rusiya ilə qarşılaşacaq Türkiyə yığması Rivadakı Hasan Doğan adına Təlim-Məşq Bazasında karantinə alınıb.

Karantinə alınanlar arasında millinin baş məşqçisi Şenol Güneşlə yanaşı Caner Erkin, Mert Çetin, Dorukhan Toköz və Cenk Tosun da var. Onların ötən günkü yoldaşlıq oyununda xorvat müdafiəçi Domaqoy Vida ilə yaxın təmasda olması ehtimal olunur.

Yığma üzvləri, məşqçilər heyəti və digər işçilərin qarşıdakı oyunadək hər gün koronavirus testindən keçiriləcəyi bildirilib.

Xəbər 2718 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +