Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


14.06.2022  14:01 

“İnsanlar ata-anasına ehsan verməməlidir?” - Deputat





A+  A-

“Pandemiya adı ilə siyasi xəstəliyi ortaya atıblar”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aqil Abbas Yenisabah.az-a açıqlamasında deyib.

Qeyd edək ki, koronavirus epidemiyasından, ciddi karantin rejimindən sonra bayağı adət-ənənələrə son qoyulacağını, xüsusilə israfçılığa son veriləcəyini düşünənlər var idi. Lakin son vaxtlar toyların əvvəlki dəbdəbə ilə keçirilməsi, vaxtaşırı sünnət məclislərinin təşkil olunması bu gözləntiləri doğrultmadı.

Deputatın sözlərinə görə, pandemiyaya görə, insanlar min illik adətlərindən əl çəkməməlidir:

“Pandemiya adı ilə siyasi xəstəliyi ortaya atıblar. İndi ona görə, insanlar min illik adətlərindən əl çəkməlidir? Düzdür, ola bilər ki, müəyyən qədər israfçılıq var. Camaat oğluna daha gözəl toy etmək istəyir. İstər sünnət toyu olsun, istərsə də böyük. Toy sahibi süfrədə çeşidli təamların olmasını istəyir”.

A.Abbas qeyd edib ki, yas mərasimləri də keçirilməlidir:

“Toy məclisləri ilə yanaşı yas mərasimləri də təşkil olunmalıdır. İnsanlar virusa görə, ata-anasına ehsan verməməlidir? Deməlidir ki, ehsan vermirəm. Bu düz deyil. Pandemiya qələt edir”.

Xəbər 1702 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +