“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu


17.03.2025  14:00 

“Bu halda o sənədi qəbul etməyəcəyik” - Daşnaklar





A+  A-

Erməni İnqilabi Federasiyası (Daşnaksutyun) bəyanat yayıb. Bəyanatda deyilir: “Ali məqsədi öz vətənində erməni xalqının təhlükəsizliyini və firavanlığını təmin etmək olan Erməni İnqilabi Federasiyası (Daşnaksütyun) regionda sabit sülhə qarşı çıxa bilməz. Lakin güc təhdidi altında Azərbaycanla əldə olunan razılaşmaların və yeni güzəştlərin əsl və davamlı sülh prosesi ilə heç bir əlaqəsi yoxdur.

Davamlı və sabit sülhün bərqərar olması üçün Azərbaycanla müqavilə münasibətləri tənzimləyən, Ermənistan tərəfinin qanuni maraqlarına hörmət edən və həllini tələb edən bütün məsələlərin həllini özündə əks etdirən hərtərəfli sənəd olmalıdır.

Eyni zamanda, Azərbaycanla sazişlər və müzakirə edilən sənəd Ermənistan-Azərbaycan sərhədini dəqiqləşdirmir, Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazilərindən çıxarılmasını təmin etmir, Azərbaycanın növbəti təcavüzünün qarşısını almır, həmçinin 9 noyabrda üç ölkənin imzaladığı Qarabağ atəşkəs bəyanatına vurğulanan Artsaxın və Artsax xalqının pozulmuş hüquqlarının bərpasını nəzərdə tutmur. Üstəlik, Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin qaytarılması məsələsi də həll etmir.

Danışıqların nəticəsi olaraq ortaya çıxan sənəd mahiyyət etibarilə Azərbaycanın tələblərinin qeyd-şərtsiz təsdiqini nəzərdə tutur.

Eyni zamanda Ermənistandan dəhliz verilməsi tələbi, Konstitusiyanın dəyişdirilməsi, azərbaycanlıların Ermənistana köçürülməsi, “Azərbaycana qarşı hərbi cinayətlər” törətməkdə ittiham olunan şəxslərin ekstradisiyası, Ermənistanın beynəlxalq məhkəmələrdən iddialarını geri götürməsi, Ermənistan sərhədinin demilitarizasiyası və ATƏT-in Minsk Qrupunun ləğvi kimi davamlı yeni ilkin şərtlər Ermənistanın hüquqi müdafiəsinə birbaşa zərbə vurur.

Aydındır ki, belə bir sənəd vasitəsilə Azərbaycan Artsax məsələsini qapatmaq məqsədi güdür və eyni zamanda Ermənistandan növbəti güzəştlər əldə etmək imkanını qoruyub saxlamaqla, soyqırım, güc və güc təhdidi yolu ilə əldə etdiklərini qanuniləşdirməyə çalışır.

Ali orqan gizli danışıqlar nəticəsində Ermənistan və erməni xalqından tələb olunan yeni güzəştləri qətiyyətlə pisləyir və Ermənistanın milli maraqları bahasına imzalanmış heç bir sənədi qəbul etməyəcəyini bəyan edir.

EİF-Daşnaksütyun Ermənistanın suverenliyi və təhlükəsizliyini təmin etmək və düşmən ölkənin tələbi ilə Ermənistanda konstitusiya dəyişikliklərinin həyata keçirilməsinin qarşısını almaq əzmindədir”...

Gördüyünüz kimi, daşnaklar yenə qan-qan deyir. Ancaq bu kimi davakar bəyanatlar Ermənistan-Azərbaycan münasibətlərində mövcud olan reallığı dəyişmək gücündə deyil.

Elbəyi Həsənli
Sürix


Xəbər 1371 dəfə oxunub.




25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +