Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


15.04.2024  10:48 

Amerikada yaşayan azərbaycanlı telejurnalist həmcinsi ilə evləndi





A+  A-

Xeyli vaxtdır Amerikada yaşayan tanınmış azərbaycanlı telejurnalist Natiq Nailəoğlunun (Atakişiyev) orada evləndiyi barədə məlumat yayılıb. Xəbərdə qəribə olan Natiq Nailəoğlunun öz həmcinsi ilə evlənməsidir.

Xəzərnews.az xəbər verir ki, Natiq Nailəoğlu özü də sosial şəbəkə hesabında bu haqda paylaşım edib.

Belə ki, o, əcnəbi əmlak agenti, 34 yaşlı Endryu Kordner ilə səmimi şəklini “Nişanlımla” statusu yazaraq ürək işarəsi ilə paylaşıb.

Azərbaycanlı telejurnalistin bu paylaşımına onun sosial şəbəkə dostları “Allah xoşbəxt eləsin!”, “Təbrik edirəm, xoşbəxt günlər yaşayın” kimi şərhlər yazıblar.

Qeyd edək ki, Natiq Nailəoğlu uzun müddət Azərbaycanda müxtəlif telekanalların əməkdaşı olub.

Belə ki, o, əvvəlcə ANS TV-də "Xəbərçi" proqramının aparıcısı olub, 2016-cı ildə bu kanalın fəaliyyəti dayandırıldıqdan sonra ARB TV-də işləməyə başlayıb.

2017-ci ildə ARB TV-də “Həftənin ardınca”, "Türk şou maqazin" verilişlərinə aparıcılıq edib.

2018-ci ildə “Real” TV fəaliyyətə başlayanda Natiq Nailəoğlu da bu telekanala keçib. O, 2022-ci ilə kimi “Real” TV-nin Türkiyə, daha sonra Amerika bürosunda çalışıb.

Natiq Nailəoğlu Türkiyədə yaşayarkən bir müddət APA TV internet televiziyası ilə də əməkdaşlıq edib.

2022-ci ildə sonra ABŞ-da yaşamağa davam edən N.Nailəoğlu Türkiyənin məşhur xəbər agentliyi İHA-ya (İhlas Haber Ajansı) keçdiyi barədə məlumat yayıb.

2022-ci ildən ABŞ-da yaşayan Natiq Nailəoğlunun həmcinsi ilə evlənməsi xəbəri onun keçmiş iş yoldaşlarını da təəccübləndirib. Onlardan heç biri bu haqda danışmaq istəməyiblər./Modern.az



Xəbər 5913 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +