Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu


18.11.2020  16:18 

Şuşaya çəkilən yeni avtomobil yolu nə vaxt istifadəyə veriləcək?





A+  A-

Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
XəzərNews.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a deyib ki, ölkə başçısının sərəncamına uyğun olaraq, artıq yeni yolun inşasına başlanılıb:

Yeni yol Füzulinin Əhmədbəyli kəndi ərazisindən başlayaraq, Füzuli şəhərindən keçməklə Tağaverdi və Daşaltı ərazilərini əhatə edərək Şuşa şəhərinə qədər çəkiləcək. Üç gündür tikintisinə başlanılan yol, Qarabağın gələcək perspektivi nəzərə alınmaqla çəkilir. Əsas hissəsi dörd zolaqlı olacaq yol üç gediş, üç gəliş olmaqla altı hərəkət zolağından ibarət olacaq, iki hərəkət zolağı isə xidməti yol olacaq. Həmin iki zolaq yük avtomobilləri və xüsusi texnikaların hərəkəti üçün hesablanıb”.

Onun sözlərinə görə, 101,5 kilometr uzunluğu olan yolun tam tikintisinin yekunlaşması 1 il 6 aya planlaşdırılır:

“Amma bu o demək deyil ki, il yarım müddətə qədər həmin yolda hərəkət olmayacaq. Yol tədricən tikildikcə hazır olan ərazilər istifadəyə veriləcək. Yol həm yerli, həm də xarici şirkətlər tərəfindən inşa ediləcək. Ərazinin relyefi nəzərə alınaraq həmin yolun tikintisinə Türkiyənin xüsusi ixtisaslaşmış tikinti şirkətləri cəlb edilib".

Onun sözlərinə görə, yeni tikilən yolun əvvəllər fəaliyyətdə olan Ağdam-Xankəndi-Şuşa yoluna aidiyyatı yoxdur: "Şuşa şəhərinə əvvəllər Ağdam rayonundan yol olub. Lakin bu yolun hələlik istifadəsi mümkün deyil. Ona görə də Şuşaya Füzuli rayonundan yeni yol çəkilir".

Xəbər 3300 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +