Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


11.06.2018  11:25 

Trampın pis vərdişi açıqlandı





A+  A-

ABŞ prezidenti Donald Tramp rəsmi sənədləri xırda hissələrə parçalamağı xoşlayır. Daha sonra Ağ Ev əməkdaşları həmin parçaları yapışqanla birləşdirir.
XəzərNews.az xəbər verir ki, bununla bağlı “Politiko” nəşri prezident dəftərxanasının sabiq əməkdaşlarına istinadla məlumat yayıb.

Onlar bildiriblər ki, bu ABŞ prezidentində vərdişdir. Ağ Ev əməkdaşları hissələri yapışdırır ki, sonradan onları qanunu pozmaqda ittiham etməsinlər.

“Bəzən sənədlər ortadan bölünür, bəzən isə çox xırda hissələrə parçalanır”, - administrasiyasının sabiq əməkdaşları bildiriblər.

Onların sözlərinə görə, bu vərdişdən əl çəkmək üçün Trampı heç kim yola gətirə bilmir.

Qeyd edilib ki, sabiq prezident Barak Obamanın dövründə bütün rəsmi sənədlər bütöv halda Milli Arxivə göndərilirdi.

Xəbər 1583 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +