Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu


23.01.2020  16:57 

Onların deputatlığa namizədliyi ləğv oluna bilər





A+  A-

“Rəqibinin yapışdırdığı təbliğat posterlərini cırmaq, şəkillərinin asıldığı lövhələri yararsız hala salmaq ən səviyyəsiz namizədin işi ola bilər”.
XəzərNews.az bildirir ki, bu sözləri Modern.az-a təbliğat-təşviqat kampaniyasında namizədlərin mübarizəsindən danışarkən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib. O, xatırladıb ki, hər bir seçicinin və hər bir namizədin hüquqları var:

“Namizədin çap materiallarını bilərəkdən kimsə cırırsa, yararsız hala salırsa, barəsində tədbir görülməlidir. Bu halla qarşılaşan şəxs polisə müraciət etməlidir ki, əməli törədən namizəd cəzalandırılsın. Fakt təsdiqini taparsa, təxribatı törədən namizəd məsuliyyətə cəlb olunur.

Eynilə namizədin təmsilçiləri rəqib tərəfə qarşı belə bir addım atarsa, qanun qarşısında cavab verməlidir”.

Namizədlərin qeydə alınan gündən toxunulmazlığı olduğunu vurğulayan M.Zülfüqarlı bu hüququn ləğv edilə biləcəyini də qeyd edib:

“Bu toxunulmazlıqdan sui-istifadə edən şəxs Mərkəzi Seçki Komissiyası tərəfindən cəzalandırıla, toxunulmazlığı ləğv oluna bilər. Rəqibə qarşı çap materiallarını cırmaq və ya bu kimi addımlarla mübarizə aparan namizəd haqqında MSK-ya müraciət edilir. Əsaslı faktlar olduğu təqdirdə qanunsuz addım atan şəxsin namizədliyi ləğv olunur”.

Xəbər 1776 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +