Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu


14.05.2019  14:21 

Maşın bazarında SÜKUNƏT - Alıcılar niyə azalıb…





A+  A-

Adətən yay fəsli yaxınlaşanda avtomobil bazarında müəyyən canlanma müşahidə olunur. Bəs hazırda bazarda vəziyyət necədir? Qiymətlərdə hansısa dəyişiklik varmı?
XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, 2019-cu il ərzində avtomobil bazarında qiymətlərdə hər hansı bir dəyişiklik qeydə alınmayıb.

“Bazar bütün göstəricilər üzrə sabitdir və qeyri-dinamikdir. Yəni alqı-satqı əməliyyatlarının sayında da, bazara müraciət edənlərin sayında da ciddi azalmalar var. Əslində birinci rübdən sonra, mart, aprel, may ayları avtombil bazarı üçün canlanmanın olduğu vaxt sayılır, ancaq hazırda müşahidə edirik ki, bazarda aktivlik aşağı səviyyədədir”.

Ekspert bildirib ki, bazarda aktivliyin olmamasının bir neçə səbəbi var.
“Səbəblərdən biri avtomobillərlə bağlı kreditləşmanın dayanmasıdır. Banklar avtomobillər üçün kredit ayırmaqda maraqlı deyillər. İkinci səbəb isə ölkəyə avtomobil idxalının azalmasıdır. Yəni proses təklifin məhdudlaşdırılması şəklində müşahidə olunur. Eyni zamanda, digər iqtisadi proseslər də avtomobil bazarında aktivliyin azalmasına səbəb olub”.

Ramil Osmanlının sözlərinə görə, hal-hazırda avtomobil bazarında ucuz avtomobillərə maraq var:
“Qiyməti təqribi 15-20 min manatdan aşağı olan avtomobillərə maraq var. Bu da əsasən orta təbəqədən olan sakinlərin avtomobilləşməyə meyl etməsi ilə bağlıdır. Avtomobilləşmə digər ölkələrdə olduğu kimi, Azərbaycanda da həyat tərzinə çevrilməkdədir. Azərbaycanda orta təbəqədən yuxarı sakinlərin əksəriyyətinin avtomobili var. Ona görə də tələbi əsasən formalaşdıran orta təbəqədən aşağı olan alıcı kütləsidir”.

R.Osmanlı bildirib ki, yerli avtomobil istehsalı hələ ki bazarda qiymətə təsir edəcək səviyyədə deyil:
“Ümumilikdə istehsal olunan nəqliyyat vasitələri bazarda çox kiçik paya malikdir. Bu səbəbdən də onun avtomobil bazarına hərhansı təsiri yoxdur. Əgər gələcəkdə Azərbaycanda istehsal olunacaq avtomobillər xaricdən gətirilənlər müqayisədə ucuz olarsa, o halda yerli avtomobillərə müəyyən qədər maraq arta bilər”.

Xəbər 1832 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +