Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


07.04.2022  11:14 

Bahalaşmanın qarşısını necə alaq? - Ekspert





A+  A-

“Məlum olduğu kimi, Azərbaycanda ərzaq təminatı ilə bağlı problem yaranmaması üçün Nazirlər Kabineti tərəfindən “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Qərar imzalanıb. Bu addım daxili bazarın qorunması, daxili bazarda sabitliyin yaranması, kəskin bahalaşmanın qarşısını almaq üçün atılıb”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, dünyanın bir çox ölkələrində bənzər addımlar atıblar:

“Ərzaq bahalaşması ölkələri adekvat addımlar atmağa sövq edir. Bu addımlardan biri də ərzaq məhsullarının ixracının məhdudlaşdırılmasıdır. Azərbaycan da eyni addımı atdı. Bu, daxili bazarda sabitliyin yaranmasına dəstək verən amillərdən biri ola bilər. Ancaq təkcə bu addımla ərzaq qiymətlərinin yüksəlməsinin qarşısını almaq, bolluğa səbəb olmaq mümkün deyil. Hesab edirəm ki, digər müvafiq addımların da atılmasına ehtiyac var. Məsələn, daxili istehsalın artırılmasına, Azərbaycanda istehsalı olmayan və yaxud az olan məhsulların idxalının stimullaşdırılması üçün gömrük rüsumlarında güzəştlərə ehtiyac var. Hökumətin əlində olan ən effektiv inflyasiya aləti istehsalçılar və vətəndaşlar üçün kommunal xidmətlərin qiymətinin aşağı salınması ola bilər. Çox təəssüf ki, yaxın gələcəkdə bununla bağlı qərarların alınması çətin görünür. İkinci alət vergi dərəcələrini və gömrük rüsumlarını aşağı salmaqla ölkədə istehsal olunmayan ərzaq məhsullarının ucuzlaşmasına şərait yaradılmadır. Bu qismən də olsa qiymət artımının qarşısını ala bilər”.



Natiq Cəfərli qeyd edib ki, təchizat zəncirləri qırılır, təchizatda ciddi problemlər yaranır. Logistika bahalaşır və ölkələr daha çox daxili bazarlarını qorumağa çalışırlar:

“Dünyada elə ərzaq növləri var ki, orada Rusiya və Ukraynanın payı kifayət qədər yüksəkdir. Məsələn, bitki yağlarında iki ölkənin dünyadakı payı günəbaxan və qarğıdalı yağı üzrə 58 faizdir. Bu, kifayət qədər böyük rəqəmdir. Bəzi ərzaq növləri üzrə daha ciddi qiymət artımı müşahidə oluna bilər. Bahalaşmadan əlavə isə dünyada bəzi ərzaq növlərinin çatışmazlığı müşahidə ediləcək”.

Xəbər 2179 dəfə oxunub.



11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +