58 yaşlı kişi özünü tövlədə asıb
Vətən müharibəsi qazisi vəfat edib
Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar


01.01.2021  15:43 

ÜST-dən təcili istifadə üçün icazəni ilk bu vaksin aldı





A+  A-

Ümumdünya Səhiyyə Təşkilatı “COVID-19”a qarşı “Pfizer/BioNTech” peyvəndinə ilk dəfə təcili istifadə üçün icazə verib.
XəzərNews.az xəbər verir ki, bu barədə ÜST-nin tvitter hesabında məlumat verilib.

““COVID-19”a qarşı “Pfizer/BioNTech” bu gün ÜST-dən təcili təsdiq alan ilk peyvənddir. Vaksinin bütün vacib təhlükəsizlik və effektivlik parametrlərinə cavab verdiyini müəyyən etdik. Koronavirusla mübarizədə faydaları potensial risklərdən çoxdur”, - deyə açıqlamada vurğulanıb.

Bildirilib ki, gələcəkdə əlavə məlumatları araşdırdıqdan sonra ÜST təcili deyil, istifadə üçün qalıcı bir icazə verə bilər.

Qeyd edək ki, sözügedən peyvənd Amerikanın “Pfizer” və Almaniyanın “BioNTech” şirkəti tərəfindən hazırlanıb.

“BioNTech” şirkətinin baş direktoru və həmtəsisçisi türkiyəli alim Uğur Şahindir.

21 dekabr tarixində Avropa Dərman Agentliyi “Pfizer” və “BioNTech” tərəfindən hazırlanmış koronavirus peyvəndinin istifadəsinə icazə verib. 11 dekabrda ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin Qida və Dərman İdarəsi bu COVID-19 peyvəndini təsdiqləyib.

Artıq ABŞ-da və bir sıra digər ölkələrdə istifadə olunur.

Xəbər 1536 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..


BÜTÜN XƏBƏRLƏR +