İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


21.06.2019  17:29 

Azərbaycanın xaricdəki səfirləri Bakıya ÇAĞIRILDI





A+  A-

Diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Azərbaycanın xarici ölkələrdəki səfirləri Bakıya toplaşacaq.
XəzərNews.az-ın əldə etdiyi məlumata görə Azərbaycanın xarici ölkələrə təyin olunmuş səfirləri iyulun 9-u Bakıda toplaşacaq.

Qeyd edək ki, Azərbaycan Demokratik Respublikasının (ADR) xarici işlər naziri 1918-ci ildə təyin olunub, amma təsis edilmə barədə rəsmi sənəd yalnız 1919-cu ildə imzalanıb. AXC dövründə ilk xarici işlər naziri Məhəmmədhəsən Hacınski olub.

Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra ilk xarici işlər naziri Tofiq Qasımov olub. Ardınca Həsən Həsənov, Tofiq Zülfüqarov, Vilayət Quliyev xarici işlər naziri postunu tutub. Hazırki xarici işlər naziri Elmar Məmmədyarovdur.

Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.

11 yanvar 1920-ci ildə Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi de-fakto tanınandan sonra hökumət tərəfindən Qərbi Avropa və Amerikada Azərbaycanın diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlanıb. AXC dövründə XİN sistemində 239 nəfər işləyib.

Xəbər 1644 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +