Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb
Vətən müharibəsi qazisi vəfat edib
Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar


01.02.2018  19:17 

Bağlanan bank kompensasiyanı nağdsız qaydada verəcək





A+  A-

Bu gündən etibarən ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi prosesinə başlanılıb.
Əmanətlərin Sığortalanması Fondundan XəzərNews.az-a verilən məlumata görə, Azərbaycan iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 28 dekabr 2017-ci il tarixli iclasının qərarına əsasən “DəmirBank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində “KapitalBank” ASC seçilib. Kompensasiyaların ödənilməsi “KapitalBank” ASC-nin 26 filialında aparılır.
"Kompensasiyaların alınması üçün “Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət edilərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanətçilərdən əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını və əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur. Kompensasiyaların ödənilməsi üçün ərizə formalarını qorunan əmanətçilər 1 fevral 2018-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanında yerləşən ofislərindən, “KapitalBank”-ın filiallarından və ya ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər", - deyə məlumatda vurğulanıb.

Xatırladırıq ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli 49/1 saylı qərarı ilə “DəmirBank” ASC–yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib.

Xəbər 1610 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..


BÜTÜN XƏBƏRLƏR +