Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


30.08.2023  23:01 

Gürcüstanda “SOYDAŞ” Forumu keçiriləcək





A+  A-

Gürcüstanın Marneuli şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Soydaş" Gürcüstan - 2023 adlı Forum və sərgi keçiriləcək.

Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi tərəfindən keçiriləcək tədbir zamanı soydaşlarımız, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri bir araya gələcək.

Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili Forumun mahiyyətindən danışıb.

O bildirib ki, Forumun Gürcüstan-Azərbaycan arasında mövcud əlaqələrə, regional istiqrara, sülh və rifaha dəstək baxımından töhfə verəcəyinə inanır.

T.Allahverdilinin sözlərinə görə, Forumda Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri, Gürcüstan parlamentində təmsil olunan deputatlar, rəsmi şəxslər və digər qonaqların iştirakı ilə bu ölkədə yaşayan soydaşlarımızla müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Təşkilat sədri vurğulayıb ki, Forumun əsas məqsədi Gürcüstanda yaşayan və fəaliyyət göstərən QHT və gənclər təşkilatlarının rəhbərlərini, media nümayəndələrini, eləcə də 100-dən çox qonağı bir araya gətirməkdir.

Onun sözlərinə görə, həmçinin Ulu Öndərin Gürcüstan və Azərbaycan arasında olan qardaşlıq əlaqələrinə verdiyi misilsiz töhfələr, dövlətlər arasında mövcud olan əlaqələrin dəyərləndirilməsi, gənclərin və media əlaqələrinin inkişaf mərhələsinə təsirləri və gələcək perspektivləri danışmaq üçün olduqca uyğun bir ortam yaratmaqdır.

Qeyd edək ki, Forum “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi tərəfdaşlığı ilə 9 sentyabr saat 13:00-da Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzində keçiriləcək./"Report"

Xəbər 1372 dəfə oxunub.



26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +