İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


27.07.2017  11:07 

Gömrükdə yeni keçid məntəqələri tikiləcək





A+  A-

Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sadıxlı" gömrük postunda Azərbaycan və Gürcüstan gömrük və sərhəd xidmətləri nümayəndə heyətlərinin görüşü keçirilib.
XəzərNews.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, örüşdə Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Gürcüstan nümayəndə heyətinə isə bu ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidməti rəisinin müavini Vaxtanq Laşkaradze rəhbərlik edib.

Görüşdə iki ölkə arasındakı mehriban dostluq və qonşuluq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Görüşün əsas mövzusu isə bir müddətdir müzakirə edilən Azərbaycan tərəfdə "Sadıxlı", Gürcüstan tərəfdə isə "Mtıkvari" sərhəd-gömrük keçid məntəqələrinin əsaslı şəkildə yenidən qurulması və ya yeni gömrük postlarının inşa edilərək istifadəyə verilməsi olub. Tərəflər bu mövzu ilə bağlı əvvəlki görüşlərdə səsləndirilən fikirləri təkrar gözdən keçirib və yeni təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, qarşılıqlı razılaşma əldə edildikdən və hər iki tərəfdə aparılacaq əsaslı tikinti və yenidənqurma işlərindən sonra sərhəd-gömrük keçid məntəqələrinin potensialı artırılacaq, bu da iki ölkə arasında sərnişin və yükdaşımalarla yanaşı, regionun tranzit imkanlarının da xeyli artmasına şərait yaradacaq.

Xəbər 1547 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +