Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


03.01.2022  13:47 

Unun qiyməti niyə qalxıb?





A+  A-

"Azərbaycanda unun qiyməti bahalaşıb. Gözlənilən idi: dünya bazarında taxılın qiyməti kəlləçarxa çıxıb".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadi yazar Dünya Sakit çıxış edib.

D.Sakit bildirib ki, Azərbaycan dövləti artıq neçə ildir daxildə çörəyin, unun qiymətinin artmaması üçün buğda idxalını, un və çörək satışını ƏDV-dən azad edib:

"Keçən ilin fevralından isə un istehsalçılarına subsidiya verilir. Belə demək mümkünsə, artıq dövlətin əlinndəki vergi-subsidiya dəstəyi alətləri tükənib. Buna görə də dəstəyin istiqamətini dəyişmək, buğda idxal edib, dəyirman saxlayıb un istehsal edən inhisarçı şirkətlərə deyil, aztəminatlı insanlara yönəltməyin vaxtıdır. Əslində lap əvvəldən bunu etmək lazım idi, inhisarçılara güzəşt yox.

Buğda idxalçısı, un istehsalçısı, çörək və un satıcılarına yönəlik güzəşt və subsidiyaların illik həcmi 400 milyon manatdan çoxdur. Bir zəhmət, bu pulu aztəminatlı əhalinin sosial təminatını artırmağa yönəldin! Bəsdir, xalq adıyla öz şirkətlərinizin mənafeyinə qulluq etdiyiniz!"

Qeyd edək ki, sosial şəbəkələrdə unun qiymətinin 25 manatdan 39 manata qalxması barədə informasiya yayılıb.

Xəbər 2311 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +