Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


13.03.2021  09:22 

Polisin öldürdüyü Floydun ailəsinə 27 milyon dollar veriləcək





A+  A-

ABŞ-ın Minneapolis şəhər rəhbərliyi polis tərəfindən həbs olunarkən öldürülən afroamerikalı Corc Floydun qohumlarının qaldırdıqları mülki iddianın həlli üçün 27 milyon dollar ödəyəcək.
XəzərNews.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb. Qərar şəhər məhkəməsinin qapalı iclasından sonra qəbul olunub.

Xatırladaq ki, Floydun ailə üzvləri Minneapolis şəhər rəhbərliyinə və Floydun həbsində iştirak edən dörd polis zabitinə qarşı təzminat tələbi ilə iddia qaldırmışdı. Onlar Corc Floydun polislərin həbs təlimini düzgün yerinə yetirməmələri nəticəsində öldürüldüyünü bildirmişdilər.

Qeyd edək ki, ötən il Corc Floydun polis tərəfindən öldürülməsi hadisəsindən sonra ABŞ-ın bir çox şəhərlərində kütləvi etiraz aksiyaları başlamışdı.

Xəbər 1731 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +