Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


18.06.2019  13:28 

Qazaxıstanda təxminən 4 min insan saxlanılıb





A+  A-

9 iyunda Qazaxıstanda keçirilən prezident seçkilərindən bugünə qədər ölkədə nəticələrə etiraz edən təxminən 4 min insan saxlanılıb.
XəzərNews.az-ın “sputnik Qazaxıstan”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili işlər naziri Yerlan Turqumbayev bildirib.

“Saxlanılan şəxslərdən 3 min nəfərə xəbərdarlıq edilərək sərbəst buraxılıb. 677 nəfər inzibati məsuliyyətə cəlb edilib, 305 nəfər cərimələnib”, - deyə nazir vurğulayıb.

O, kütləvi aksiyalarda 300-dən çox polis əməkdaşının yüngül xəsarət aldığını, onlardan altısının hazırda xəstəxanada müalicə olunduğunu sözlərinə əlavə edib.

Qeyd edək ki, 9 iyun seçkilərində 70,76 faiz səslə Kasım-Jomart Tokayev qalib gəlib. Alma-Ata və Nur-Sultanda seçkilərin nəticələrinə etiraz olaraq razılaşdırılmamış aksiyalar keçirilib.

Xəbər 1184 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +