Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


19.01.2018  19:17 

Ayaz Mütəllibovun mətbuat katibi azadlıqdan məhrum edildi





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun (Teylor Fətişoğlu) cinayət işi üzrə prosesi davam etdirilib.
XəzərNews.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrlik etdiyi iclasda T. İbrahimovun vəkili çıxış edib. O, həbslə olmayan cəza verilməsini xahiş edib.

Zərərçəkmiş şəxslər isə mülki iddialarının təmin edilməsini istəyib.

T. İbrahimov isə son sözündə hər kəsə təşəkkür edib və Ağdamın icra başçısının dustağı olduğunu deyib:""Neçə illik dostumdur. Məni tutdutub, adamlarla üz-göz edib. Hər kəsə təşəkkür edirəm".
Müşavirdən sonra hökm elan edilib. Hökmə əsasən o, 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T. İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Digər zərərçəkmiş Zaur Məmmədova isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.

20-dən çox zərərçəkmişə qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurmaqda təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

T. İbrahimov eks-prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub.

Xəbər 1701 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +