Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


12.06.2017  12:17 

Trampın başını qara buludlar alır - korrupsiyada ittiham olundu





A+  A-

Kolumbiya federal dairəsinin və Merilend ştatının prokurorları prezident Donald Trampa qarşı məhkəmə iddiası qaldıracaq.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə iddiası Trampın antikorrupsiya ilə bağlı Konstitusiya müddəalarını pozması ilə bağlı qaldırılacaq.

Kolumbiya dairəsinin prokuroru Karl Rasin və Merilend ştatının prokuroru Brayan Froş Trampın prezident seçildikdən sonra xarici hökumətlərdən milyonlarla dollar yardım aldığını iddia ediblər.

Prokurorlar dövlət qurumları adından prezidentə qarşı iddia qaldıracaqlarını və bunun ABŞ tarixində bir ilk olacağını deyiblər.

“Biz iddianı ona görə qaldırırırq ki, prezident öz biznes maraqlarından kənarlaşmaq üçün lazımi addımlar atmayıb”.

Hər iki prokurorun Demokratlar Partiyasının nümayəndəs olduğu bildirilir.

Əgər federal hakim işi icraata götürsə, ilk olaraq Trampın maliyyə bəyannaməsinin nüsxəsi ondan tələb olunacaq. Ekspertlər məsələnin Ali Məhkəməyə qədər çıxacağını və Trampı təcrübəli vəkillərin qoruyacağını proqnozlaşdırır.


Xəbər 1710 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +