Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


21.12.2022  09:50 

Arvadını qətlə yetirən ər həbs olundu





A+  A-

Dekabrın 21-i saat 03 radələrində Ağdam rayonunun Təzəkənd qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

XəzərNews.az Ağdam rayon Prokurorluğuna istinadən xəbər verir ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1974-cü il təvəllüdlü Sahib İbadovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Tünzalə İbadovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sahib İbadov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Xəbər 1046 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +