Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


13.10.2022  11:23 

Emin Əmrullayev: “Çox ciddi problemlə üz-üzəyik“





A+  A-

“Müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən iki mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”.

XəzərNews.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, ilk dəfə keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanlarının nəticəsi onu deməyə əsas verdi ki, Azərbaycan müəllimlərinin əksəriyyəti öz peşəsinə yararlıdır:

“Lakin bir qrup müəllim də oldu ki, bu gün tədrisi aparmaqla bağlı müəyyən bacarıqlarında problemləri var. Bu zaman sual ortaya çıxır ki, müəllim öz fənnini bilmirsə, onda sinif otağındakı azyaşlı şagirdə nə öyrədəcək?”

E.Əmrullayev hesab edir ki, çox ciddi problemlə üz-üzəyik:

“Problem ondan ibarətdir ki, imtahanda iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın gələcəyini əlindən alırsa bundan pis nəsə təsəvvür edə bilmirəm”.

Qeyd edək ki, sertifikatlaşdırmadan keçən 3086 təhsilverən vəzifə maaşına 35 faiz, 5 590 müəllim isə 10 faiz əlavə alır.

Xəbər 1325 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +