Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


23.12.2020  12:23 

“Bəzi həkimlər də təhlükəli preparatlar, antibiotiklər təyin edirlər”





A+  A-

“Koronaviruslu xəstələrin evdə müalicəsinə nəzarətin keyfiyyətli gedişatına nail ola bilmişikmi? Burada, təbii ki, problemlər var. Bunun bir obyektiv səbəbi həkimlərimizin, poliklinik sahədə çalışacaq sahə həkimlərinin də personal çatışmazlığını kompensasiya edə bilmək üçün təlimlər keçərək stasionar xidmətə cəlb edilməsidir. Ona görə də poliklinik xidmətin üzərinə böyük yük düşüb. Poliklinik sahədə təcrübəsi olan mütəxəssilər təlimə cəlb olunaraq prosesə nəzarət etməyə cəlb olunublar”.
XəzərNews.az xəbər verir ki, bunu “Mir Şahinin vaxtı” verilişində TƏBİB sədri Ramin Bayramlı deyib.

O bildirib ki, koronavirusa yoluxan xəstələrin evdə müalicəsində qarşıya çıxan problemlərdən biri xəstələrin özlərini müalicəyə cəhd etməsidir:

“Xəstələr evdə müalicə zamanı özlərini müalicəyə cəhd edirlər. Təəssüf ki, bəzi həmkarlarımız da özlərindən protokollarda olmayan müalicə aparırlar, xəstələrə ilk gündən təhlükəli hormonal preparatlar, antibiotiklər təyin edirlər. Evdə müalicəyə sahə poliklinikalarının nəzarəti altında başlamaq lazımdır”.

Xəbər 2637 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +