Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


06.11.2017  14:43 

Xəzərdə əməliyyat: 4 azərbaycanlı tutuldu





A+  A-

Qazaxıstan sərhədçiləri Xəzərdə nərə balıqlarının qanunsuz ovu ilə məşğul olan brokonyerlərə qarşı əməliyyat keçiriblər.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, əməliyyatda 4 Azərbaycan vətəndaşı da tutulub, onlara aid motorlu qayıqlar müsadirə edilib.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin məlumatına əsasən ötən həftə sonu keçirilən əməliyyatda sərhədçilər brokonyerlərdən 179 nərə balığı götürüblər. Balıqlardan sağ olanlar dənizə atılıb, ölmüş balıqlar müsadirə olunub. Habelə ümumi uzunluğu 28 kilometrə yaxın olan tor dənizdən çıxarılıb. 5 Qazaxıstan, 4 Azərbaycan vətəndaşı tutulub, onlara aid 3 motorlu qayıq müsadirə edilib.

Məlumatda bildirilir ki, Xəzərin Qazaxıstan sektorunda brokonyerlərə qarşı əməliyyatların ikinci fazazsı davam edir.

Xəzərin Qazaxıstan sektorunda vaxtaşırı olaraq Azərbaycandan olan nərə ovçuları tutulur.

Xəbər 1896 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +