Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


21.06.2019  13:56 

ABŞ bu gün İranı vuracaqmış - Tramp qərarını ləğv edib





A+  A-

ABŞ ötən gün Hörmüz körfəzi üzərində “RQ-4 Global Hawk “ tipli pilotsuz kəşfiyyat təyyarəsinin vurulmasına cavab olaraq bu gün səhər saatlarında İrana hava zərbələri endirmək qərarı verib. Lakin Prezident Donald Tramp son anda qərarı ləğv edib.
XəzərNews.az xəbər verir ki, bu barədə “New York Times” nəşri Tramp administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Nəşr yazır ki, hücum İran hərbi və mülki əhalisi arasında çox sayda itki olmaması üçün Tehran vaxtilə saat 03:30-da (Moskva vaxtilə saat 02:00) həyata keçirilməli imiş. Zərbələrin hədəfi kimi radar stansiyaları daxil olmaqla bir sıra obyektlər nəzərdə tutulubmuş.

Qəzet iddia edir ki, əməliyyat erkən planlaşdırma mərhələsində ləğv edilib. Bunun nə ilə əlaqədar olduğu məlum deyil: Ya Ağ Ev fikrindən daşınıb, ya da lojistik və strateji çətinliklərlə qarşılaşıb.

Xatırladaq ki, İran tərəfi iddia edib ki, təyyarə ölkənin hava sərhədlərini pozub. Lakin Amerika tərəfi təyyarənin beynəlxalq hava məkanında vurulduğunu bildirir.

Xəbər 1172 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +