Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı





A+  A-

Danimarkanın baş naziri Mette Frederiksen aprelin 3-də Qrenlandiyaya səfəri zamanı ABŞ-ın Arktikada müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə çağırıb, eyni zamanda ABŞ-ın Danimarkanın yarı muxtar ərazisini ilhaq etmək istəyini pisləyib.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Reuters yayıb.

Qrenlandiyanın sabiq və gələcək baş nazirləri ilə keçirdiyi mətbuat konfransında Frederiksen birbaşa ABŞ-a müraciət etmək üçün ingilis dilinə keçib və Trampı Danimarka və Qrenlandiya ilə əməkdaşlıqda Arktika təhlükəsizliyini gücləndirməyə çağırıb.

O, vurğulayı ki, söhbət təkcə Qrenlandiya və ya Danimarka ilə bağlı deyil, ABŞ və Avropanın nəsillər boyu birlikdə qurduğu dünya nizamı haqqındadır.

“Siz təhlükəsizliklə bağlı mübahisə etsəniz belə, başqa ölkəni ilhaq edə bilməzsiniz”,-deyə Frederiksen bəyan edib.

Xəbər 2051 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +