Bəzi yollarda məhdudiyyətlər tətbiq edilib
Bakıda körpünü su basdı
Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı


10.11.2022  11:21 

Prezident Spiros Kapralosu qəbul edib





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Avropa Olimpiya Komitələrinin prezidenti və Yunanıstan Olimpiya Komitəsinin Prezidenti Spiros Kapralosu qəbul edib.

XəzərNews.az xəbər verir ki, dövlət başçısı ilk növbədə Spiros Kapralosu Avropa Olimpiya Komitələrinin prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb, Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubiley tədbirlərində iştirakına görə minnətdarlığını bildirib. Birinci Avropa Oyunlarını məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu mötəbər tədbirin önəmini vurğulayıb, oyunların təşkilində Spiros Kapralosun rolunu yüksək qiymətləndirib.

Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq ilk növbədə Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunan Spiros Kapralos bu beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkil olunduğunu və bu işdə dövlət başçısının rolunu xüsusi qeyd edib. Bildirib ki, ölkəmizin bu tədbirə layiqincə ev sahibliyi etməsi Avropa Olimpiya ailəsində həmrəyliyə böyük töhfə verib. Spiros Kapralos ötən dövr ərzində Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə qazandıqları böyük uğurları məmnunluqla vurğulayıb.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Azərbaycanla Avropa Olimpiya Komitələri arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Spiros Kapralos dövlət başçısına Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə xatirəsi hədiyyəsi təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.

Xəbər 1033 dəfə oxunub.



16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı

15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +