Bəzi yollarda məhdudiyyətlər tətbiq edilib
Bakıda körpünü su basdı
Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı


08.09.2020  14:06 

AFFA mövsümün ilk cəzalarını açıqladı





A+  A-

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün ilk turunun xoşagəlməz hadisələri müzakirə olunub və müvafiq qərarlar verilib.

“Neftçi” – “Səbail” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Sumqayıt” – “Keşlə” matçında qonaqların oyunçusu Tərlan Quliyev sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydançaya çıxdığı üçün komandasını 800 manat ziyana salıb.

“Qəbələ” – “Zirə” görüşündə təcili yardım nümayəndəsi təyin olunan vaxtda oyunöncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibləri 400 manat ödəyəcək. Bu qarşılaşmada topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün qəbələlilər daha 800 manat cərimələnib.

“Zirə”nin futbolçusu Hacıağa Hacılı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun diskvalifikasiya edilib, klub 200 manat cərimə olunub.

Xəbər 1604 dəfə oxunub.



16.04.2025  08:57 

Bakıda körpünü su basdı

15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +