Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


10.08.2020  13:11 

Avropa Liqasında 1/4 final başlayır





A+  A-

Bu gün futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.
XəzərNews.az xəbər verir ki, bu mərhələdə cütlərin taleyini bir oyun həll edəcək. Qərara əsasən, matçlar Almaniyanın müxtəlif şəhərlərində keçiriləcək.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq. İngiltərənin “Mançester Yunayted” komandası Kölndə Danimarka “Kopenhagen”i ilə üz-üzə gələcək.

İtaliya “İnter”i isə Dusseldorfda Almaniya “Bayer”inin (Leverkuzen) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki qarşılaşması avqustun 11-də baş tutacaq. İngiltərə “Vulverhempton”u İspaniya “Sevilya”sı ilə, Ukrayna “Şaxtyor”u isə İsveçrə “Bazel”i ilə münasibətlərə aydınlıq gətirəcək.

Avropa Liqası
1/4 final
10 avqust

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka)

23:00 “İnter” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya)

Xəbər 1872 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +