Bəzi yollarda məhdudiyyətlər tətbiq edilib
Bakıda körpünü su basdı
Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı


12.03.2020  11:21 

Azərbaycan Malta oyunu ləğv olundu





A+  A-

Azərbaycan milli komandasının martın 23-dən Maltada təşkil olunması nəzərdə tutulmuş təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində martın 26-da Lixtenşteyn, martın 30-da isə Malta millisi ilə keçiriləcək yoldaşlıq oyunları ləğv olunub.
XəzərNews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar AFFA tərəfindən UEFA-ya, Malta və Lixtenşteyn futbol federasiyalarına müvafiq qaydada məlumatlandırılıb.

Qərar son zamanlar dünyanın müxtəlif ölkələrində koronavirus (COVİD-19) infeksiyasının geniş yayılması, yaranmış vəziyyətin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi dəyərləndirilməsi, Malta Respublikasının bir neçə Avropa ölkəsindən (Almaniya, Fransa, İspaniya, İsveçrə) təyyarə reyslərini qəbul etməməsi, Azərbaycan milli komandasının heyətinə xarici ölkələrdən dəvət olunan futbolçuların səyahət riskinin (virusla əlaqədar) olması, komanda üzvlərinin və nümayəndə heyətinin yoluxma ehtimalının qarşısının alınması məqsədilə qəbul olunub.

Qeyd edək ki, toplanış martın 31-dək davam etməli idi.

Xəbər 2101 dəfə oxunub.



16.04.2025  08:57 

Bakıda körpünü su basdı

15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +