Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


18.02.2025  16:09 

Milyonlarla borcu olan biznesmen kimdir?





A+  A-

Azərbaycanda "zapraka”ları bağlanan məşhur şirkətlər qrupunun fantastik məbləğdə vergi borcu yaranıb.

Azərbaycanda inşaat, istehsalat və yanacaqdoldurma sektorlarını özündə birləşdirən "MSDIS Holding” MMC-nin külli miqdarda vergi borcu yaranıb.

XəzərNews.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırda dövlət qarşısında vergi borcunun miqdarı 15 924 107,16 manat təşkil edir.

Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Xatırladaq ki, "MSDIS Holding” 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Nağiyev Mirfəyyaz Oktay oğludur. Ötən il cəmiyyətin nizamnamə kapitalının həcmi 2 572 000 manatdan 500 manata endirilib.

Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding "MS Sement” sement istehsal müəssisəsinə, "MS Kabel” kabel istehsalı müəssisəsinə, "MS Asfalt” asfalt istehsalı müəssisəsinə, daş və qum-çınqıl yatağı ilə məşğul olan "MS Karyer” müəssisəsinə, "MS Laminat”şirkətinə və "MS Oil” yanacaq doldurma məntəqələrinə sahibdir.

Ötən il "MS Oil”ə məxsus 12 yanacaqdoldurma məntəqəsinin (YDM) tam yarısı bağlanıb və onların yerində "SOCAR” brendli YDM-lər fəaliyyətə başlayıb.


Xəbər 1046 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +