Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Məsud Pezeşkian sabah Azərbaycana səfər edəcək
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


25.07.2022  10:54 

Zaporojye və Xerson ruslaşdırılır





A+  A-

“Ukraynanın Zaporojye və Xerson vilayətlərinin Rusiyanın tərkibinə daxil olması ilə bağlı referendumlar eyni gündə keçirilə bilər”.

Bu barədə məlumatı Zaporojye vilayətinin administrasiyasının əməkdaşı Vladimir Roqov açıqlayıb.

Onun sözlərinə görə, referendumlar sentyabrın ilk yarısı baş tuta bilər.

Qeyd edik kı, Rusiya ordusu Ukraynadakı müharibə zamanı ölkənin Zaporojye və Xerson vilayətlərinə nəzarəti ələ keçirib. Xerson vilayətinin rəhbərliyi iyun ayının sonlarında regionun Rusiyanın tərkibinə daxil olması ilə bağlı referendum hazırlıqlarına başlayıb.

Hazırda Rusiya ordusunun nəzarəti altında olan Xerson vilayətində Ukrayna qrivnası dövriyyədən çıxarılacaq.

Bu barədə məlumatı ısi vilayətin hərbi-mülki administrasiyasının rəhbərinin müavini Kirill Stremousov açıqlayıb.

“Xerson vilayətində qrivna tədricən dövriyyədən çıxarılacaq və vilayətdə yalnızca rubldan istifadə olunacaq”, - deyə Stremousov söyləyib.

Xatırladaq ki, Rusiya ordusu martın 15-i Ukraynadakı müharibə zamanı Xerson vilayətinə nəzarəti ələ keçirib. Mayın 31-i isə vilayətdə rubl dövriyyəyə buraxılıb./“Qafqazinfo”



Xəbər 2467 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +