Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


15.01.2022  20:04 

“Nazarbayev ölüb və basdırılıb” - Jirnovski





A+  A-

Rusiyanın Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin çoxdan öldüyünü və dəfn edildiyini deyib. Siyasətçini bu fikrə eks-dövlət başçısının uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması vadar edib.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu barədə “Komsomolskaya Pravda” radiosunun efirində danışıb.

“Məncə, o, çoxdan vəfat edib. Çoxdan ölüb və basdırılıb. Müsəlmanlar eyni gündə dəfn edirlər. Yəni sakitcə gizlən, heç nə demə və sağ ol? Mümkün deyil, bu istisnadır", - deyə Jirinovski bildirib.

O, həmçinin əlavə edib ki, Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) keçmiş sədri Kərim Maksimov dərhal həbs edilib.

Siyasətçi qeyd edib ki, hadisələrin bu cür gedişatı “Şərqdə normal sayılır”. Xalq Nazarbayevə kütləvi şəkildə qarşı çıxdığına görə eks-prezidentdən qurtula da bilərdilər.

Qeyd edək ki, daha əvvəl eyni fikri “Lenta.ru”ya politoloq, Siyasi Ekspertlər Qrupunun rəhbəri Konstantin Kalaçev da bildirmişdi. Onun sözlərinə görə, Qazaxıstanın birinci prezidenti Nazarbayevin ölkədəki böhran fonunda susması onun artıq öldüyünü və ya fəaliyyət qabiliyyətini itirdiyini deməyə əsas verir.

Ekspert qeyd edib ki, siyasətçinin ölümünün elan edilməsi ölkədə sabitliyi daha da pozacaqdı. Kalaçevin fikrincə, Nazarbayevin vəziyyəti ilə bağlı məsələ yaxın günlərdə bilinəcək.



Xəbər 1700 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +