BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb


11.04.2025  16:47 

Yaşıllıqları qanunsuz kəsdilər





A+  A-

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri, Bərdə, Tovuz və İsmayıllı rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

XəzərNews.az Xidmətə istinadən xəbər verir ki, araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində "Şəki" ictimai-iaşə obyektinin həyətyanı sahəsində, Binəqədi rayonu Ə.Naxçıvani küçəsi "Həyat" ictimai-iaşə obyekti ilə üzbəüz ərazidə, Yasamal rayonu M.Seyidov küçəsində, Suraxanı rayonu Yeni Günəşli S.Cəfərov küçəsində, Sumqayıt şəhəri Çerkassı küçəsində, Bərdə rayonu 2-ci Hacallı kəndi ərazisində, Tovuz rayonu Qovlar şəhəri M.Ə.Sabir küçəsində və İsmayıllı rayonu Bəhliyan kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı təbiətə 89 190 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Xəbər 1495 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +