Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


15.09.2021  15:57 

“Türkiyənin yanımızda olması bizə güc verir” - Zakir Həsənov





A+  A-

“Son vaxtlar artan təlimlər sayəsində Azərbaycan Silahlı Qüvvələri böyük təcrübə qazanıb. Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təlimlər gələcəkdə də davam edəcək”.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Konyada “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə çıxışı zamanı deyib.

“Prezidentlərimiz arasında mövcud olan səmimi münasibət ölkələr arasındakı əlaqələrə və qarşılıqlı etimadın yaranmasına müsbət təsir göstərir”, - deyə Zakir Həsənov bildirib.

Bununla yanaşı, Z. Həsənov Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı əməliyyat zamanı daim Türkiyənin dəstəyini gördüyünü diqqətə çatdırıb:

“Müharibə zamanı Türkiyə Prezidenti, müdafiə naziri və digər yüksək vəzifəli şəxslər dəfələrlə Azərbaycana siyasi, mənəvi və diplomatik dəstək göstəriblər. Onların bəyanatları Azərbaycanın tək olmadığını və Türkiyənin daima Azərbaycanın yanında olduğunu, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya göstərib. Türkiyə kimi bir qardaşımızın yanımızda olması bizə güc verir. Azərbaycan xalqı Türkiyənin dəstəyini çox dəyərli olaraq qiymətləndirir. Türkiyə tərəfindən göstərilən dəstəyə görə dərin təşəkkürümü bildirmək istəyirəm”.

Xəbər 2877 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +