Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


29.08.2018  17:05 

Baş nazir Binəli Yıldırımla görüşüb





A+  A-

Baş nazir Novruz Məmmədov avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
XəzərNews.az AzərTac-a istinadən xəbər verir ki, Binəli Yıldırımı Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi münasibətilə təbrik edən baş nazir Novruz Məmmədov onun parlament sədri kimi ilk səfərini Azərbaycana etməsinin yüksək qiymətləndirildiyini bildirib.

Novruz Məmmədov qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentlərinin sıx dostluq münasibətləri ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Birlikdə reallaşdırılan qlobal layihələrin əhəmiyyətindən bəhs edən Baş nazir qardaş ölkələrimizin qanunverici orqanları arasındakı əlaqələrin də məmnunluq doğurduğunu ifadə edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Novruz Məmmədov deyib ki, Türkiyə bu məsələnin həllində də daim Azərbaycanın yanındadır və ölkəmizə böyük dəstək göstərir.

Böyük Millət Məclisinin sədri Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyini və bu dəstəyin davamlı olacağını diqqətə çatdırıb.

Xəbər 1760 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +