İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


24.12.2018  13:06 

“Məhsullar gömrükdən sürətlə keçəcək, fermerlər daha çox qazanacaq”





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün “Xarici ticarət iştirakçılarının forumu: “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi" mövzusunda tədbir keçirilir.
XəzərNews.az-ın məlumatına görə, tədbirdə çıxış edən Kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, iqtisadi inkişafı dəstəkləyən sənədlərdən biri də xarici ticarət iştirakçılarına “Yaşıl dəhliz”dən daimi istifadə hüququ verən fərmandır:

“Bu Fərmanın fermerlər üçün müstəsna əhəmiyyəti var. Yeni qaydalar xarici ticarətin iştirakçılarına, o cümlədən fermerlərə “Yaşıl dəhliz”dən daimi istifadə hüququ verir. Cənab Prezident belə bir sənədə imza atmaqla həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha təsdiqləmiş olur. “Yaşıl dəhliz”dən daimi istifadə hüququ biz fermerlərə hansı üstünlüklər verir? Bu fərman kənd təsərrüfatı məhsullarının gömrük keçid məntəqələrindən sürətli keçidini təmin edir. Kənd təsərrüfatı məhsulları xarici bazarlara daha keyfiyyətli və tez çatdırılmış olur. Yeni qaydalar xarici bazarlarda Azərbaycanın kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətini də artıracaq. Sürətli keçid imkanlarının verilməsi nəticəsində ticarət asanlaşacaq, xarici bazarlarda yaranmış fürsətlər daha çevik dəyərləndiriləcək. Nəticədə fermerlər daha çox gəlir əldə edəcək, onların sosial rifah halı daha da yaxşılaşacaq. Xarici ticarət iştirakçılarına “Yaşıl dəhliz”dən daimi istifadə hüququnun verilməsi ölkənin ixrac potensialını daha da artıracaq.

Bildiyiniz kimi, Azərbaycandan ixrac olunan məhsulların həcmi və coğrafiyası daha da genişlənib. 2018-ci ilin ilk 10 ayı ərzində qeyri-neft məhsullarının ixrac həcmi ötən illə müqayisədə 38,3% artıb. Bu artımda aqrar sektorun payı böyükdür. Fermerlər bir sıra kənd təsərrüfatı məhsullarının ixracında ciddi artımlara nail olublar. “Yaşıl dəhliz”dən daimi istifadə hüququ aqrar məhsulların ixracını daha da asanlaşdıracaq”.

Xəbər 1827 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +