Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


01.10.2018  16:58 

Əhalinin sınaq siyahıyaalınması başladı





A+  A-

“2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” prezidentin Fərmanının icrasını təmin etmək üçün Qəbələ rayonunda əhalinin sınaq siyahıyaalınmasına başlanılıb.
DSK-dan XəzərNews.az-a daxil olan xəbərə görə, 2018-ci ilin 1-10 oktyabr tarixlərində aparılacaq siyahıyaalınma 2019-cu ildə keçiriləcək respublika siyahıyaalınması üçün hazırlıq xarakteri daşıyır və sınaq zamanı əldə edilən təcrübədən əsas siyahıyaalınmanın daha yüksək səviyyədə təşkili üçün istifadə olunacaq.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, Komitə tərəfindən sınaq siyahıyaalınmasının keçirilməsi üçün bütün zəruri metodoloji və digər materiallar, o cümlədən siyahıyaalma və sorğu vərəqələri, təşkilati plan və ona dair məlumat formaları, onların doldurulmasına dair göstərişlər hazırlanaraq təsdiq edilib, zəruri sayda çap etdirilərək aidiyyəti üzrə çatdırılıb.

Qeyd edək ki, tətbiq olunacaq siyahıyaalma vərəqi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək.

Xəbər 1391 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +