Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


26.09.2018  21:48 

Goranboyda 8-ci sinif şagirdi “Hell”dən ölüb? - Atası danışdı





A+  A-

Goranboy rayonunda 8-ci sinif şagirdi Xəyal Qəhrəmanovun ölümü ilə bağlı müxtəlif iddialar səsləndirilir.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, rayon sakinləri Yeni kənd orta məktəbinin şagirdi olmuş Xəyal Qəhrəmanovun ölümünə “Hell” enerji içkisinin səbəb olduğunu iddia ediblər: “Xəyal Qəhrəmanov idmana gedirdi. Onun yarışa girməzdən əvvəl “Hell” içdiyini görüblər. Amma eyni zamanda xəstəliyi də vardı”.

Yeni kənd orta məktəbindən bildirilib ki, Xəyal Qəhrəmanov xəstəxanada müalicə olunub: “Bir müddət xəstəxanada yatdı, tromb (damarlarda əmələ gələn qan laxtası) xəstəsi idi. Onun “Hell” içkisindən dünyasını dəyişməsi inandırıcı deyil. O qədər “Hell” içənlər var ki...”.

Mərhumun atası Vaqif Qəhrəmanov da oğlunun ölümünün “Hell”lə heç bir əlaqəsinin olmadığını deyib: “Xəyal xəstə idi. Ayaqlarında tromb vardı. İdmana gedirdi. Güləşi, qaydasız döyüş idman növlərini sevirdi. Gələcəkdə idmançı olacaqdı. Amma xəstəlik imkan vermədi. Dəfələrlə müalicə olundu. 40 gün ölümlə mübarizə apardı. Həkimlər ayağa durmağa, gəzməyə icazə vermirdi. Əməliyyat olunmalıydı. Gah temperaturu yüksəlirdi, gah da qan durulurdu. Bir də baxdıq ki, Xəyal yoxdur. Belə olan halda “Hell” harada içdi? Analizin cavabı da evdədir”.

Qeyd edək ki, X.Qəhrəmanov bir neçə gün əvvəl xəstəxanada ölüb.

Xəbər 1652 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +