Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


05.10.2023  13:37 

Azərbaycan Qranada görüşünə niyə qatılmadı?





A+  A-

“Fransanın proseslərdə iştirak etmək niyyətini vasitəçilik kimi qəbul etmək lazım deyil. Çünki Azərbaycan bu vasitəçiliyə heç vaxt icazə verməyib”.

Xəzərnews.az xəbər verir ki, bunu Bakupost.az -a politoloq Tofiq Zülfüqarov bildirib.

Onun sözlərinə görə, Fransanın öz siyasəti var və bu siyasət təkcə Azərbaycanla deyil, bölgənin digər dövlətləri İran və Rusiyanın mövqeləri ilə ziddiyyət təşkil edir:

“ABŞ da Frasanın və onun timsalında Avropa İttifaqının Cənubi Qafqazdakı fəallığını dəstəkləmir. Onların arasında da ziddiyyətlər var. Bu baxımdan, Azərbaycan Fransanın diplomatik etiketdən uzaq təkidlərini qəbuledilməz saydığı üçün Qranada görüşü ilə bağlı öz mövqeyini ortaya qoyub".

T.Zülfüqarov qeyd edib ki, hazırda Avropa İttifaqının daxilində hansı ölkənin liderlik etməsi ilə bağlı mübarizə gedir. Fransanın uğursuzluğu nəzərəçarpacaq şəkildə olduğu üçün indi Almaniyanı qabağa veriblər:

"Bunların mövqeyi bir-birindən fərqlənmir. Amma Azərbaycan tam suveren ölkə olduğu üçün öz siyasətini istədiyi kimi aparır”.

Xəbər 5612 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +