Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


13.05.2020  19:24 

Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı - Rəsmi açıqlama





A+  A-

“Azərbaycan həmişə girovlarımızın “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi təklifi ilə çıxış etmişdir. Təəssüflə qeyd etmək istəyirəm ki, digər sahələrdə olduğu kimi, Ermənistan tərəfindən bu sahədə də tamamilə qeyri-humanist, destruktiv siyasət həyata keçirilir. Bu da münaqişənin ümumiyyətlə həlli prosesinə də şamil olunacaq bir yanaşmadır ki, Ermənistan tərəfdən hər addımda görürük”.
XəzərNews.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə koronavirus testi edilməsi üçün beynəlxalq təşkilatlara müraciət olunması ilə bağlı suala cavab verərkən bildirib:

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı məsələ bilavasitə Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə həyata keçirilir. Bu BQX-nin aidiyyəti yerli nümayəndəlikləri də bu prosesdə Azərbaycan Respublikasına dəstəkçi olurlar və müəyyən əlaqələndirməni, rabitəni həyata keçirirlər.

Təbii ki, Azərbaycanın çağırışı da ondan ibarətdir ki, məhz Covid-19 riskini, onun yaratdığı qlobal-humanitar fəlakəti nəzərə alaraq, humanist məramlardan çıxış edərək “hamının hamıya” prinsipi əsasında girovların dəyişdirilməsi həyata keçirilməlidir.

ATƏT-in Minsk qrupunun həmsədrlərinə, aidiyyəti beynəlxalq təsisatlara, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinə girovlarımızın səhhəti ilə bağlı, o cümlədən Covid-19-dan irəli gələn səhiyyə problemləri ilə bağlı müraciətlərimiz davamlı şəkildə edilir və bundan sonra da ediləcək”.

Xəbər 2261 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +