Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


22.08.2023  18:01 

Sumqayıtda 17 ağacı kimlər kəsib? - Foto





A+  A-

Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 5-ci mikrorayonla 45-ci məhəllə arasındakı yaşıllıq ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

XəzərNews.az xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ərazidə 17 ədəd köküstə yaş ağacın qanunsuz kəsildiyi müəyyən edilib. Yaşıllıq sahəsinə xidmət göstərən Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən ərazidəki ağacların mühafizəsinin düzgün təşkil olunmadığı və ağacların bir qisminin İdarə tərəfindən götürüdüyü qənaətinə gəlinib.

“Faktla bağlı akt tərtib olunub. Məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.

Xidmət rəsmisinin sözlərinə görə, götürülmüş ağacların əvəzinə yeni ağaclar əkilib və onlara aqrotexniki qulluq göstərilməsi üçün Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinə müvafiq göstəriş verilib.



Xəbər 1289 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +