Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


28.10.2022  16:47 

Ərdəbilli idman əfsanəsinə qarşı terror təhdidi





A+  A-

İlk dəfə onun adını 1998-ci ildə eşitmişdik. İran futbol yığmasının azərbaycanlı-ərdəbilli kapitanı Əli Dayi, əfsanəydi. Kapitan olduğu İran yığması futbol üzrə Dünya çempinatında ABŞ üzərində qələbə qazana bilmişdi.

Məhəmməd Xatəminin prezidentliyinin ikinci ili gedirdi. Onun hakimiyyətə gəlişi iranlılarda blokadadan, təcriddən çıxma, liberallaşma üçün böyük ümid yaratmışdı. Və o oyunu ABŞ-la İran arasında "futbol diplomatiyasının", gərginliyi yumşaltmanın başlanğıcı elan edənlər də var idi. Olmadı.

Amma Əli Dayi İranda milli qəhrəman kimi qarşılandı. Sonralar alman klublarında çıxış etməsi və karyerasını məşqçi kimi davam etdirməsi yadımda qalıb.

İndi onun adı yenidən gur eşidilir. Ölkəsinin yüzlərlə tanınmış idman, mədəniyyət, ədəbiyyat xadimi kimi o da kütləvi aksiya iştirakçılarına qarşı qəddarlığa etiraz edir.

Ərdəbildə məktəbli qız Əsra Pənahinin polis məntəqəsində müəmmalı ölümünə sərt reaksiya verməsinə cavab olaraq "Həmşəhri" qəzeti Əli Dayini yalançı adlandırıb və üzr istəməsini tələb edib.

SEPAH-a yaxın “Cavan “qəzeti isə onun açıq şəkildə qətllə təhdid edir: “Bu antimilli və separatçı iğtişaşın rejissorları sizin xeyirxahlarınız deyil. Sənin səviyyən Əli Kərimi və avara Mehrdad Poladi kimilərdən yüksəkdir. Həddini bil, həddini bilməyən həlak olar" .

"Cavan"ın adını çəkdiyi digər futbolçu Əli Kərimi də etiraz aksiyalarını dəstəklədikdən sonra eyni təhdidlə üzləşib. Və Tvitter səhifəsində rejim tərəfdarlarının onu qətl etməklə təhdid etdiklərini məlumat verib.

Yeri gəlmişkən, 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərində Əli Dayinin Bakı klublarının birinə transfer olacağı haqda da söz-söhbət gedirdi. Cənubi azərbaycanlı dissident, o illər Bakıda yaşayan Böyük Rəsulvənd belə təşəbbüs qaldırdığını, Ə.Dayi gəlib Bakıdakı klubların birində çıxış edərsə, dünya azərbaycanlılarının mill birliyinin rəmzinə çevrilə bilcəyini deyirdi. Yəqin ki, haqlıydı, amma dünyanın dörd yanından legioner idxal edən klublarımız nədənsə bu ideyaya isti yanaşmadılar. Bəlkə də yanaşdılar, təşəbbüs hansısa mərhələdə tormozlandı...

Cəmaləddin Quliyev

Xəbər 1336 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +