Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


21.12.2019  14:42 

Məhkumluğuna görə namizədliyi təsdiqlənmədi





A+  A-

15 saylı Yasamal seçki dairəsindən namizədliyi özü tərəfindən irəli sürülən Rəsul Cəfərov namizədliyinin Dairə Seçki Komissiyasının təsdiq olunmasından imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.
XəzərNews.az xəbər verir ki, R. Cəfərovun müraciətinə MSK-nın iclasında baxılıb. Bildirilib ki, Dairə Seçki Komissiyası namizədliyin irəli sürülməsindən təsdiq edilməsindən imtinanı onunla əsaslandırıb ki, sözügedən şəxs Cinayət Məcəlləsinə görə ağır cinayətə cəlb olunmuşdur. Seçki Məcəlləsinə görə, ağır cinayətlərə görə məhkum edilmiş şəxslər Milli Məclisə deputat seçilə bilməzlər. Şəxsin ödənilməmiş məhkumluğu olduğuna görə namizədliyi təsdiq edilməyib. MSK DSK-nın qərar layihəsini olduğu kimi saxlayıb.

R. Cəfərov iclasda çıxış edərək bildirib ki, Avropa Məhkəməsinin qərarına görə ona qarşı irəli sürülən müddəalar xətalıdır: "Avropa Məhkəməsinin qərarına əsasən namizədliyimi irəli sürmüşəm. Belə bir qərar olmasaydı, namizədliyimi irəli sürməzdim".

Qeyd edək ki, Rəsul Cəfərov deputatlığa namizədliyini Real Cümhuriyyətçilər İttifaqından irəli sürmüşdü.

Xəbər 1842 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +